11 Aprel 16:25
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada yeni əlavə səfərbərlik bütöv bir nəsli məhv edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə "The New York Times" nəşrində məqalədə deyilir.

Bildirilir ki, Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun məlumatlarına əsasən Sovet İttifaqının dağılması və iqtisadi depressiya nəticəsində Ukrayna hərbi əməliyyatlarda iştirak etmək üçün səfərbər oluna bilən 18 yaşdan 27 yaşa qədər ən kiçik nəsil yetişdirib.

“Silahlı qüvvələrin əksəriyyətinin onurğa sütununu təşkil edən 30 yaşınadək sağlam kişilər Ukraynanın müasir tarixində ən kiçik nəslə aiddir. Ukrayna bütöv bir nəsli itirmək riski ilə qoşunların sayını artırmaqla Rusiyanın hücumuna qarşı çıxmaq ehtiyacını balanslaşdırmalıdır”, - nəşr yazır.

Ukrayna prezidenti Vladimir Zelenskinin 25 yaşından başlayaraq orduya çağırılması qərarı, çoxu artıq orduda xidmət edən, ölkənin cənub-şərqində yaşayan və ya iş və ya əlilliyi olan bu kiçik nəslin sayını daha da azaltmaq riski daşıyır.


Müəllif: Pərvin Cəfərova