Rusiya ilə ABŞ arasındakı “soyuq müharibə” isti mərhələyə keçə bilər.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bunu keçmiş SSRİ prezidenti Mixail Qorbaçov bildirib. Onun sözlərinə görə, Vaşinqton Moskvanı qarşıdurmaya sürükləyərək, öz zəfərini açıq şəkildə həyata keçirməyə çalışır: “Təəssüf ki, mən artıq “soyuq müharibə”nin isti mərhələyə keçməyəcəyini dəqiq deyə bilmərəm. Qorxuram ki, ABŞ bunu edəcək”.
Qorbaçov Qərbin Rusiya əleyhinə sanksiyalarına münasibət bildirib: “İndi Amerikadan və Avropa Birliyindən Rusiyaya qarşı sanksiyalar barədə eşidirsən. Doğrudanmı, onlar tamam başını itirib?”
Samir