13 Aprel 16:44
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması üçün istənilən səyləri dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“İrəvan və Bakı arasında möhkəm və uzunmüddətli sülhün bərqərar olması ölkəmizin maraqlarına cavab verir. Qazaxıstan regionumuzun dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır. Dünya birliyinin fəal və məsuliyyətli iştirakçısı kimi Astana daim sülhməramlı təşəbbüsləri irəli sürməklə beynəlxalq və regional təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir. Əlbəttə, Qazaxıstan bu Ermənistan-Azərbaycan münasibətlərinə biganə qalmır. Bizə dost olan iki dövlət arasında sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlıyıq", - Tokayev bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər