15 Aprel 17:46
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatı Türkiyə daxilində məhv edilib. İndi İraqın şimalındakı terrorçu yuvalarını təmizləməyin vaxtıdır.

Teleqraf.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın işarə verdiyi irimiqyaslı əməliyyatdan əvvəl bazalar möhkəmləndiriləcək.

Hərbi bazalar arasında nəqliyyat şəbəkəsi yaradılacaq, təşkilatın yaşayış məntəqələri ilə əlaqələri kəsiləcək. Təhlükəsiz zonalar yaradıldıqdan sonra məqsəd son – öldürücü zərbəni vurmaq üçün PKK-nı düzən ərazilərə çəkməkdir.

Qəndildə gizləndiyi yerdən çıxan PKK lideri Cəmil Bayık Türkiyə ilə İraq arasında aparılan təhlükəsizlik danışıqları ilə yaradılan birgə mexanizmdən narahatlığını dilə gətirib.

Məlum olduğu kimi, İraq Türkiyə ilə təhlükəsizlik sammitindən sonra PKK-nı qadağan olunmuş təşkilatlar siyahısına daxil edib.

Bu vəziyyətdən sonra baş terrorçu İraq rəhbərliyinə üstüörtülü təhdid göndərməyə çalışıb:

“Görünən odur ki, Türkiyə dövlətinin İraqla apardığı danışıqların bəziləri birbaşa PKK ilə bağlıdır. Xüsusilə İraq Milli Təhlükəsizlik Şurasının PKK-ya qarşı verdiyi qərar doğru olarsa, bu qərar PKK-ya zərər verdiyi qədər İraqın maraqlarına da zərər verəcək”.

Bayık İraqı Türkiyə ilə anlaşmanı pozmağa çağırıb.

Ankaranın PKK-nın kökünü kəsmək üçün atdığı addımlar PKK lideri Cəmil Bayıkla yanaşı, YPG terrorçuları arasında da çaxnaşma yaradıb.

YPG sözçüsü Fərhad Şami Türkiyənin yayda Kobani bölgəsinə (Ayn əl-Ərəb) hücum planlaşdırdığıı deyərək, ABŞ və Qərbdən dəstək istəyib.

Terrorçu müttəfiqlərinə - Qərbə bu sözlərlə yalvarıb: “Kürdüstan boyu təhlükə var, davamlı hücum altındayıq. Bizi siyasi cəhətdən tanıyın.

Hazırda daha çox önəm verdiyimiz məsələ, beynəlxalq güclərlə dialoq və haqqında danışdığımız Şimali-Şərqi Suriya Muxtariyyətinin siyasi baxımdan dərhal tanınmasıdır”.

YPG-çi terrorçu ABŞ-dən Türkiyənin mümkün hərbi əməliyyatı öncəsi silah-sursat da dilənib.

Prezident Rəcəb Tayyib Ərdoğanın “yarımçıq qalan işləri tamamlayacağıq” deyərək hərəkətə keçmə siqnalı verməsindən sonra PKK-ya ölümcül zərbə vurmaq üçün hazırlıqlar davam edir.

“Uğurlu əməliyyatlarımız sayəsində köşəyə sıxışdırdığımız separatçı terror təşkilatına ölümcül zərbəni mütləq vuracağıq. Bir daha vurğulayıram: cənub sərhədlərimiz yaxınlığında “terrorustan” qurulmasına imkan verməyəcəyik”, - Türkiyə lideri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər