Ukraynanın hava hücumundan müdafiə imkanlarının azalması Rusiya ordusuna strateji bomba zərbələrinin köməyi ilə cəbhədə Ukraynanın müdafiəsini ciddi şəkildə zəiflətməyə imkan verir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Təhlildə deyilir ki, Ukraynada artilleriya çatışmazlığı səbəbindən Rusiya qüvvələri taktiki irəliləyiş əldə ediblər:
“ABŞ-nin təhlükəsizlik yardımı göstərməkdə davam edən gecikmələr Ukraynanın effektli müdafiə əməliyyatları aparmaq imkanlarını məhdudlaşdırır, həmçinin hücum əməliyyatlarını davam etdirən Rusiya qüvvələrinə çeviklik verir”.