21 Aprel 19:35
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hərbçiləri aprelin 21-də Sevastopolda Rusiyanın “Kommuna” gəmisinə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk məlumat yayıb.

“Bu gün Krımda Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Qara Dəniz Donanmasından “Kommuna” gəmisini sıradan çıxarıb. Dəymiş ziyan yoxlanılır. Ancaq gəmi indi öz vəzifələrini yerinə yetirmək iqtidarında deyil. Onların gəmiləri tükənəcək”, - deyə Pletençuk əlavə edib.

“Kommuna” Rusiya donanmasının ən qədim gəmisidir. Birinci Dünya Müharibəsi zamanı - 1913-cü ildə suya salınıb və 1915-ci ildə gəmi Baltik Donanmasının bir hissəsi oldu.

Həmin gəmi hazırda Rusiyanın Qara dəniz donanmasının bir hissəsi idi və Sevastopolda yerləşirdi. “Kommuna” sualtı qayıqların axtarışı və xilas edilməsi üçün nəzərdə tutulub, həm də sualtı nəqliyyat vasitələrinin daşıyıcısı kimi xidmət edir. Bu, Qara dənizdə belə vəzifələri yerinə yetirə bilən yeganə gəmidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər