22 Aprel 11:38
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asiya-Sakit okean bölgəsində vəziyyət gərgindir. ABŞ və bölgədəki müttəfiqləri Çinin artan hərbi gücündən narahatdır. Bu dövlətlər hesab edirlər ki, Çinin əsas hədəflərindən biri Tayvan adasını güc yolu ilə ələ keçirməkdir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki son gərginlik fonunda Asiya-Sakit okean bölgəsində də savaşın başlayaca biləcəyi ehtimalı irəli sürülür:

“Narahatlıq üçün başqa bir əsas da tapılıb. Çinin hərbi-dəniz qüvvələrinin qonşu Kambodcadakı “Ream” adlı bazasında gəmilərinin sayı artıb.

“The Washington Post” Çinin Kambocadakı bazasının tikintisini sürətlə davam etdirdiyini yazır. Kamboca ilə razılaşdırılan tikinti gizli şəraitdə həyata keçirilib. Hərbi baza Siam körfəzinin sahilində yerləşir.

Vaşinqton hesab edir ki, Pekin gələcəkdə bu hərbi bazadan Tayvana qarşı həmlədə istifadə edə bilər. Bundan başqa, Çin hərbi texnologiyaların inkişafına da diqqət ayırır, PUA istehsalını genişləndirib. Çin nüvə başlıqlı raketlərin sayını da artırıb. Bütün bunların nəticəsi olaraq Hindistan, Yaponiya, Yeni Zelandiya, Avstraliya ABŞ və Böyük Britaniya ilə tərəfdaşlıq əlaqələrini gücləndirib.

Çin Kambocada böyük kanalın tikintisini də həyata keçirir. Layihənin dəyəri 1.7 milyard dollardır. Layihə ABŞ ilə yanaşı, Çinə qonşu Vyetnamı da narahat edir. ABŞ və Vyetnam hesab edir ki, uzunluğu 180 kilometr olan Texo Funan kanalı ətraf mühitə mənfi təsir edəcək. Kanal Kamboca paytaxtı Pnompeni liman şəhəri Sianukvillə birləşdirəcək. Bu, Kambocanın Vyetnam limanlarından asılığını azaldacaq”.

“Atlas”ın ekspertləri bildirirlər ki, Vyetnamı və ABŞ narahat edən digər məqam hərbi gəmilərin həmin kanaldan keçərək Siam körfəzinə daxil olmaları perspektividir:

“Yəni hərbi gəmilər kanal vasitəsilə birbaşa “Ream”a çıxış imkanı qazanacaq. Buna görə də həmin kanalın iqtisadi əhəmiyyətindən çox Çin üçün hərbi əhəmiyyətindən danışılır.

ABŞ-nin Pnompendəki səfirliyi Kamboca hökuməti ilə mövzu ilə bağlı sıx müzakirələr aparır. Vaşinqton kanalın tikintisi ilə bağlı şəffaflığın yaradılmasını istəyir. Kamboca hökuməti narahatlıq üçün əsas görmədyini açıqlayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər