24 Aprel 11:13
23 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Avropa ölkələri hələ də Çini Rusiyaya təsir etməyə çağırırlar. Bu dövlətlər istəyirlər ki, Çin Rusiyanın Ukrayna müharibəsini dayandırmağa inandırsın. Pekin bu məsələdə fəal olmasa da, Avropa ölkələri səylərini davam etdirirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Almaniya Kansleri Olaf Şolz bir müddət əvvəl Pekinə səfəri zamanı Çin lideri Si Cinpindən Ukrayna münaqişəsinə son qoymaq üçün Kremlə təsir göstərməyi xahiş edib:

“Kansler Çinin sözünün Rusiyada böyük əhəmiyyət kəsb etdiyi fikrini xatırladıb. Şolz bu il Çinə səfər edən ilk Qərb lideri olub. O, Pekindəki görüşlərdə Çinin Ukrayna ilə bağlı yay aylarında İsveçrədə keçiriləcək sülh konfransında iştirakının vacibliyini də bildirib. Pekin bu konfransda iştirak etmək istəmir. Pekinin mövqeyi belədir ki, sülh konfransında müxtəlif ölkələrlə yanaşı, Rusiya da iştirak etməlidir. Ancaq indiki şərtlər altında bu mümkün deyil.

Almaniya kanslerinin Çin səfərindən nəticəsiz qayıtması Qərb mətbuatında tənqid olunub. Hesab edilir ki, Şolzun Çinə səfəri Avropanın Pekinlə bağlı ümumi siyasətinə uyğun deyil. Halbuki Çinə başqa Avropa liderləri də səfərlər edib və Pekinlə müzakirələr aparıblar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər