Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin lideri yox, Amerika ssenarisində öz rolunu oynayan aktyordur.
Teleqraf.com xəbər verir ki, bunu Şimali Koreya xarici işlər nazirinin müavini İm Çon İl deyib.
“Ukraynanın döyüş meydanı çoxdan ABŞ və NATO-nun öyündüyü müxtəlif silahların məzarlığına çevrilib. Buna baxmayaraq, Zelenski ABŞ-nin yeni hərbi yardım qərarına görə minnətdarlığını bildirərkən, ehtiyatsızca Rusiyaya sonadək - ölənə qədər müqavimət göstərməyə davam edəcəyini söyləyir. Bəllidir ki, Zelenski öz ölkəsinin prezidenti yox, ABŞ ssenarisində öz rolunu oynayan məşhur aktyordur”, - koreyalı diplomat bildirib.