24 Aprel 22:14
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan parlamentinin müstəqil deputatı Konstantinos Floros onu nalayiq sözlərlə təhqir edən sağçı Vasilis Qrammenosu vurub.

Teleqraf.com xəbər verir ki, polis Florosu saxlayıb. O, Cinayət Məcəlləsinin 157-ci maddəsi (siyasi orqana və ya hökumətə qarşı zorakılıq) əsasında həbs edilib və Attikanın metropoliten bölgəsindəki polis qərargahına aparılıb.

Florosun gün ərzində və ya cümə axşamı səhər prokuror qarşısına çıxacağı gözlənilir.

Parlamentin sədri Konstantinos Tasulasın dediyinə görə, Cinayət Məcəlləsinin 157-ci maddəsinə əsasən, deputata qarşı zorakılıq edən şəxs 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər