6 May 23:59
366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində ABŞ təmsil olunmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

“Xeyr, onun andiçmə mərasimində bizim nümayəndəmiz olmayacaq”, - M.Miller vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov mayın 7-də prezidentin andiçmə mərasiminə Moskvada akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərin rəhbərlərinin dəvət edildiyini bildirib.


Müəllif: Teleqraf.com