18 May 13:26
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasında XXXV turun üç oyununun VAR təyinatları açıqlanıb.

Teleqraf.com Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iki qarşılaşmada VAR hakimləri əcnəbi olacaq.

"Sabah" - "Sumqayıt" görüşündə belçikalı Natan Verbumen iş başında olacaqsa, "Səbail" - "Neftçi" matçına italiyalı Davide Qersini nəzarət edəcək.

Azərbaycan Premyer Liqası

XXXV tur
18 may

17:00. “Sabah” – “Sumqayıt”
VAR: Natan Verbumen
AVAR: Əliyar Ağayev

17:00. “Səbail” – “Neftçi”
VAR: Davide Qersini
AVAR: Eyyub İbrahimov

17:00. “Kəpəz” – “Zirə”
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər