18 May 13:59
6 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Revanşistlər – “Qarabağ klanı”, “Daşnaksütyun” və digər radikal siyasi qüvvələr keşiş Baqrat Qalstanyanın baş nazirliyə namizəd olmasını istəyirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Görüşlərdə bəzi siyasi qüvvələr siyasi məsuliyyəti öz üzərinə götürəcəyi təqdirdə, Baqratın namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Amma bu, parlamenti konstitusiyaya dəyişiklik etməyə çağırmağı nəzərdə tutur. Söhbət ikili vətəndaşlığı olan şəxslərin baş nazirliyə namizəd olmasını qadağan edən maddənin götürülməsindən gedir”, - məlumatda deyilir.

“İşıqlı Ermənistan” Partiyasının sədri Edmon Marukyanın Baqrata başqa bir təklifi var. O eyham vurub ki, Baqrat sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanla məsafəli davranmalıdır.

Marukyan açıq deməsə də, dolayısı ilə söyləyib ki, “Qarabağ klanı”, eləcə də “Daşnaksütyun”la yaxın əlaqələr Baqratın rəhbərlik etdiyi hərəkatın uğur qazanmasına mane olur, insanları bu prosesdən uzaqlaşdırır. Bu baxımdan, o, təklif edir ki, keşiş onlardan ayırmalı və bəyan etməlidir ki, bu əlaqələr davam edərsə, heç nə alınmayacaq.

Hakimiyyəti İrəvanda keçirdiyi aksiyalarla devirə bilməyəcəyini anlayan Baqrat bu günlərdə siyasi meydanda geniş konsolidasiyaya nail olmaq üçün müxtəlif partiyaların nümayəndələri ilə görüşlər keçirir.

İkili vətəndaşlıqla bağlı konstitusiya dəyişikliyi məsələsinə gəlincə, parlamentdə çoxluqda olan “Vətəndaş Müqaviləsi” Partiyası bu məsələnin gündəmdə olmadığını açıqlayıb.

Baqrat Qalstanyanın Kanada vətəndaşlığı var, o, buna görə namizəd ola bilməz. Köçəryan və ya Sərkisyanın namizədliyinə isə cəmiyyət razı deyil. Təsadüfi deyil ki, keşişin başlatdığı hərəkatın təşkilatçısı erməni kilsəsi ilə yanaşı, Köçəryan olduğu bəlli olduqdan sonra aksiyaların sıraları kifayət qədər seyrəlib. Zatən, bir kütləvilik yarada bilməmişdilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər