Minskdə Ukraynadakı münaqişənin nizamlanması üzrə üçtərəfli kontakt qrupunun görüşü başlayıb.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, danışıqlarda Ukraynanın eks-prezidenti Leonid Kuçma, "DXR" və "LXR" nümayəndələri Denis Puşilin və Vladislav Deyneqo, ATƏT sədrinin xüsusi nümayəndəsi Haydi Talyavini və Rusiyanın Kiyevdəki səfiri Mixail Zurabov iştirak edirlər.
Üçtərəfli kontakt qrupunun atəşkəs elan edilməsi və ağır texnikanın Donbasdan çıxarılması barədə sənəd hazırladığı bildirilir. Danışıqlar nəticəsində həmin sənədin qəbul ediləcəyi gözlənilir.
Nihad