Hindistanın baş naziri Narendra Modi parlament seçkilərində təmsil etdiyi "Bharatiya Janata" Partiyasının (BJP) qalib gələcəyinə əmin olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" yazır.
"Əminliklə deyə bilərəm ki, Hindistan xalqı rekord qüvvə ilə BJP hökumətini hakimiyyətdə saxlamağa səs verdi", - Modi sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, müxalifət koalisiyası İ.N.D.İ.A. seçicilərin qəlbinə yol tapa bilməyib.
İyunun 1-də Hindistan mediası exit-poll məlumatlarını dərc etməyə başlayıb, hələlik Modinin "Bharatiya Janata" Partiyasının rəhbərlik etdiyi Milli Demokratik Alyans Hindistan seçkilərində liderdir.
Səsvermənin yekun nəticələri iyunun 4-də elan olunacaq.