Məhkəmə Moskvada Jukovun abidəsini zərər verən qadınların barəsində həbs qərarı verib.
Teleqraf.com “RİA Novosti”yə istinadən məlumat verir ki, Manejnaya meydanında marşal Jukovun abidəsi üzərində sprey boya ilə “GUR” yazısını yazan iki qadına Cinayət Məcəlləsinin 243.4-cü maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, “GUR” - Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin («ГУР» - Главного управления разведки Минобороны Украины) abreviaturudur.
Təqsirləndirilənlər bunu təcili pula ehtiyacları olduqları üçün etdiklərini və Ukrayna dələduzları tərəfindən aldadıldıqlarını deyiblər.
Onlar 5 ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər.