16 İyun 10:53
242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibəti ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, o, Türkiyə xalqını və islam dünyasını Qurban bayramı münasibətilə təbrik edib:

"Qurban bayramı qəlbimizə dinclik, ölkəmizə rifah, başda Fələstin və Sudan olmaq üzrə dünyaya sülh gətirsin. Sevgili millətimi Qurban bayramı münasibəti ilə təbrik edirəm. Bayramlar birlik, həmrəylik, qardaşlıq hisslərinin ən yüksək səviyyədə yaşandığı günlərdir. Millət olaraq birliyə, həmrəyliyə hər zamankından daha çox ehtiyac duyduğumuz günlərdən keçirik. İnanıram ki, biz bu bayramı əl-ələ verib qardaşlıq bayramına çevirəcəyik”,- Türkiyə Prezidenti bildirib.


Müəllif: Şəbnəm Zahir