16 İyun 18:32
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərqdəki son hadisələri İsrail başlatmayıb.

Teleqraf.com xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.

"İndi sülh üçün çalışmalıyıq, bu da dialoqdan keçir. İsrailin təhlükəsiz olmaq və sülh içində yaşamaq və fələstinlilərin də sülh içində yaşaya biləcəkləri öz dövlətlərinin olması hüquqlarını tanıyaraq sülh üçün çalışmalıyıq. Problemi həll etməyin yeganə yolu budur. Bizim işimiz dialoq qurmaqdır", - İtaliya lideri vurğulayıb.

Meloni İsrailin HƏMAS-ın tələsinə düşdüyünü iddia edib:

“Deyəsən, İsrail HƏMAS-ın tələsinə düşüb. HƏMAS-ın onu təcrid etmək tələsinə düşüb, görünür, bu, işləyir. Biz onun təhlükəsizliyi üçün çalışırıq, İtaliya bunu edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər