20 İyun 14:12
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən zəvvarların sayı min nəfəri keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə “France-Presse” məlumat yayıb.

Daha əvvəl 600 zəvvarın öldüyü barədə məlumat verilmişdi.

Qeyd edək ki, bu il Həcc ziyarəti zamanı Məkkədə havanın temperaturu, demək olar, 52 dərəcəyə çatıb.

***

10:28

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yüksək temperatur səbəbindən ölənlərin sayı 900-ü ötüb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı ərəb diplomata istinadən “France-Presse” agentliyi yayıb.

Məlumata görə, builki Həcc ziyarəti zamanı 922 nəfərin istidən həlak olduğu bildirilir.

Ölənlər arasında 600-ə yaxın şəxs misirli zəvvarlardır. Ümumilikdə isə ölən zəvvarlar İordaniya, İndoneziya, İran, Seneqal və Tunis vətəndaşlarıdır.

Bununla belə, Səudiyyə Ərəbistanı ölkədə istidən həlak olan zəvvarlar barədə məlumat yaymayıb.

Xatırladaq ki, bazar ertəsi Məkkədə havanın temperaturunun 51 dərəcəyə çatıb. Daha əvvəl isə Həcc ziyarəti zamanı istidən 550 nəfərin öldüyü açıqlanmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər