Kibertəhlükəsizlik risklərinə görə "Kaspersky" şirkəti də sanksiya siyahısına salınıb.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, sanksiya “Kaspersky”də yüksək vəzifədə olan 12 nəfərə qarşı tətbiq ediləcək.
Qeyd edilir ki, ABŞ Maliyyə Nazirliyinin dünən "Kaspersky", onun törəmə şirkətləri, filialları və ana şirkətlərinin ABŞ-da antivirus proqram təminatı və kibertəhlükəsizlik məhsulları və xidmətlərini birbaşa və ya dolayısı ilə təmin etməsini qadağan edən yekun qərar verilib.
Maraqlıdır ki, Kaspersky baş icraçı direktoru (CEO) Eugene Kaspersky ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısında yer almayıb. daxildir.