27 İyun 02:06
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keniyada şiddətli etirazlardan sonra hökumət geri addım ataraq vergiləri artıran qanun layihəsini geri götürüb.

Teleqraf.com xəbər verir ki, paytaxt Nayrobidə keçirilən aksiyalarda 22 nəfərin ölümü və çox sayda insanın yaralandığı bildirilir.

Keniya prezidenti Uilyam Ruto çərşənbə günü vergiləri artıracaq mübahisəli qanun layihəsini imzalamayacağını açıqlayıb.

Keniyada insanlar iyunun əvvəlindən bəri vergi artımına qarşı üsyan ediblər. Paytaxt Nayrobidə küçələri qan gölünə çevirən müqavimət hökuməti geri çəkilməyə məcbur edib.

Hökumətin borcları ödəmək üçün müdafiə etdiyi qanun layihəsi milyonlarla insanın maddi sıxıntı yaşamasına səbəb olacağı səbəbilə ictimaiyyət tərəfindən tənqid edilir.

Çərşənbə axşamı baş verən xaos hökuməti ordu çağırmağa vadar edib, Ruto isə etirazçıların hərəkətlərini "vətənə xəyanət" kimi qiymətləndirib.


Müəllif: Arzu

Oxşar xəbərlər