27 İyun 11:32
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Forbes” 2023-cü il üçün alınan dividendlər əsasında 50 ən zəngin rusiyalının ikinci illik reytinqini dərc edib.

Teleqraf.com TASS-a istinadla xəbər verir ki, siyahıya “Lukoyl”un təsisçisi və eks-prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərov rəhbərlik edir və onun dividend gəliri 177,4 milyard rubl dəyərində qiymətləndirilib.

Nəşr xatırladıb ki, “Lukoyl” həm 2022, həm də 2023-cü illərdə dividend ödəyən bir neçə ən böyük Rusiya şirkətlərindən biri olub.

Reytinqdə ikinci yeri “Novatek” qaz şirkətinin səhmdarı Leonid Mixelson tutub, onun dividend gəliri 105 milyard rubl təşkil edib.

Üçüncü lider kimya istehsalçısı “Sibur Holdinq”in səhmdarı Qennadiy Timçenkodur. Kontinental Xokkey Liqasının direktorlar şurası sədrinin dividend gəliri 84,6 milyard rubl olaraq qiymətləndirilib.

Qeyd edək ki, bu ilin aprel ayında “Forbes” jurnalı dünya üzrə ən varlı rusiyalıların illik siyahısını tərtib edib. Vahid Ələkbərov 28,6 milyard dollar sərvəti ilə siyahıya ilk dəfə başçılıq edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər