“Mən dəfələrlə demişəm və bir daha vurğulayıram ki, müsəlmanlar terror aktı törətməyiblər. Həqiqətən ümid edirəm ki, Aleksandr Bastrıkin daha İslamı terrorla müqayisə etməyəcək”
Teleqraf.com xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov İstintaq Komitəsinin (İK) rəhbəri Aleksandr Bastrıkinin Rusiyada terror aktlarını törədənlərlə bağlı açıqlamasını şərh edərkən deyib.
O vurğulayıb ki, əgər yüksək vəzifəli məmurlar belə bəyanatlara yol versələr, bu, ölkədəki ictimai-siyasi vəziyyət üçün son dərəcə pis nəticələnə bilər.
“Bu gün Rusiyada xalqlar heç vaxt olmadığı qədər birləşiblər. Biz bu amili dəyərləndirməliyik, cəmiyyəti yaxşı və pis dinlərə ayırmamalıyıq”, - deyə o, yekunlaşdırıb.