Demokrat Partiyasının donorları ABŞ prezidenti Co Baydenin debatdakı çıxışından sonra namizədin dəyişdirilməsinin lazım olduğu qənaətinə gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşr qeyd etdi ki, donorlar debatdan sonra “qəzəbli elektron məktublar” mübadiləsi aparıblar. Onların fikrincə, demokratlar üçün yeganə ümid Baydenin getməsi olacaq.
Qeyd edilir ki, ABŞ-nin hazırkı prezidentini ABŞ-ın vitse-prezidenti Kamala Harris, Kaliforniya qubernatoru Qavin Nyusom və Miçiqan qubernatoru Qretçen Uitmar əvəz edə bilər.
Son debatdan sonra ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ağ Evə qayıtmaq üçün favoritdir.