Prezident Co Baydenin Donald Trampla debat performansı onun üçün yaxşı olmayıb.
Teleqraf.com Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris etiraf edib.
O həmçinin ABŞ-də keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının nümayəndəsinin qələbə çalacağına əminliyini ifadə edib.
ABŞ-də prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. ABŞ-nin keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından, hazırkı prezident Co Bayden isə Demokratlar Partiyasından namizədliyini irəli sürür.