İtaliya millisinin baş məşqçisi Luçano Spaletti İsveçrəyə məğlubiyyətdən sonra millinin 2024-cü il Avropa çempionatını tərk etməsini qalmaqallı nəticə adlandırmaqdan imtina edib.
Teleqraf.com xəbər verir ki, bunu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının mətbuat xidməti bildirib.
“Bu, onların dediyi kimi qalmaqallı nəticə deyil. Çətin qrupdan keçdik. Amma fundamental prinsiplər baxımından fərdiliyi olan komanda görmədik. Avro 2024-də bu təcrübədən öyrəndiyimiz budur" -deyə baş məşqçi bildirib.
Berlindəki "Olimpiastadion" stadionunda keçirilən görüş 0:2 hesabı ilə başa çatıb. Qarşılaşmada hesabı 37-ci dəqiqədə İsveçrə açıb, Ruben Varqasın ötürməsindən Remo Freuler fərqlənib. İkinci hissənin başlamasından bir dəqiqə sonra Mişel Aebişerin köməkçisi ilə Varqas qolu özü vurdu.