30 İyun 11:39
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilər üçün səsvermə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu seçkilərin özəlliyi iyulun 26-da Parisdə start götürən Olimpiya Oyunlarına fəal hazırlıq dövrünə təsadüf edən seçki kampaniyasının son dərəcə qısalığı (üç həftədən az) olub.

577 yer uğrunda mübarizəni mərkəzçi prezident koalisiyası, sağçı Milli Birlik və solçu Yeni Xalq Cəbhəsi aparır.

Birinci turda seçilmək üçün namizəd yaşadığı bölgədəki seçicilərin yarıdan çoxunun dəstəyini almalıdır. Birinci turda azı 12,5 % səs toplayan namizədlər iyulun 7-də keçiriləcək ikinci turda iştiraka buraxıla bilər.

Qeyd edək ki, növbədənkənar seçkiləri Fransa Prezidenti Emmanuel Makron iyunun 9-da prezident koalisiyasının Avropa Parlamentinə seçkilərdə ciddi məğlubiyyəti fonunda təyin edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər