30 İyun 09:52
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Qaraçuxur qəsəbəsində 2003-cü il təvəllüdlü Aslanov Lətif Elşən oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.


Müəllif: Teleqraf.com