29 İyun 15:40
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-yə ağıllı prezident rəhbərlik etsə, Çin, Rusiya və Şimali Koreya Vaşinqtona düşmən olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət başçısı, prezidentliyə namizəd Donald Tramp deyib.

"Co Bayden Amerika lideri kimi çox uğursuzdur. Əgər ABŞ-nin ağıllı prezidenti varsa, o zaman Vaşinqtonun düşməni olmayacaq. Rusiya, Çin və Şimali Koreya ABŞ-nin hazırkı prezidentinə hörmət etmir. Doğrudur, bizim xarici düşmənlərimiz var. Amma ağıllı prezidentimiz olsa Çin, Rusiya, Şimali Koreya bizə düşmən olmayacaq", -Tramp bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər