Aparıcı Zaur Baxşəliyev aparıcısı olduğu "Zaurla günaydın" verilişində açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Zaur Baxşəliyev ailədə çoxuşaqlı olmanın əleyhinə çıxıb:
"Keçən dəfə bir ailə gördük. İki uşaq yanında, biri uşaq arabasında, biri isə bətnində idi. Uşaq insanın ömründən aparır, insan hər zaman övladını düşünür, yemək yedi, məktəbə getdi, oxudu-oxumadı və s. Sonra düşünürsən ki, universitetə daxil olsun, yararlı övlada çevrilsin, evlənsin, uşağı olsun. Onun həsrəti, kədəri, arzusu və s. Adam bunları düşünəndə şoka düşür. O stress adamın ömrünü qısaldır. Mən naşükürlük etmirəm. Allah bütün balaları qorusun. Sadəcə deyirəm ki, insanın ömründən gedir. Sən bir nəfəri böyüdüb, boya-başa çatdırıb, cəmiyyətə yararlı etməlisən. Bəzən mənim verilişimə gəlirlər, ailədə 7-8 uşaq. Nə yedizdirə, nə də saxlaya bilirlər. Bir yandan da dünyaya uşaq gətirirlər. Axı, bunu düşünmək lazımdır. İndiki dövrdə ailə planlaması mütləq olmalıdır".
Aparıcı Günay Baxşəliyeva isə "Uşaqlar ailəyə xoşbəxtlik gətirir. Nə qədər uşaq arzusu ilə yaşayan insanlar var. Onlar da deyirlər ki, hər şeyi qəbul rşedirik. Təki Allah bizə övlad bəxş etsin. Amma ailə planlaması deyilən bir anlam var",-deyə vurğulayıb.