29 İyun 21:09
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” Abdullah Zubirlə müqavilənin müddətini uzadıb.

Teleqraf.com xəbər verir ki, bu barədə klubun rəsmi instaqram səhifəsində məlumat paylaşılıb.

Ağdam təmsilçisi müqaviləsi bir neçə gündən sonra başa çatacaq futbolçu ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.

Yarımmüdafiəçi 3 illik müqavilə bağlanıb.

32 yaşlı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub.


Müəllif: Teleqraf.com