30 İyun 01:39
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Livanın təhdidlərinə baxmayaraq, Livanın cənubundakı Hizbullah qüvvələrini bütün gücü ilə vurmağa davam edəcək.

Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri İsrael Katz deyib.

Katzın sözlərinə görə, zərbələr yalnız Hizbullah Livanın cənubunu tərk etdikdən sonra dayandırılacaq, çünki yalnız bundan sonra İsrailin şimal sərhədində təhlükəsizlik bərpa olunacaq və sərhəd yaşayış məntəqələrinin sakinləri öz evlərinə qayıda biləcəklər.

Bundan əvvəl Tehran bəyan etmişdi ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) Livanda genişmiqyaslı əməliyyatı "məhv müharibəsi"nin başlanğıcı demək olacaq. İran nümayəndələrinə cavab verən israilli nazir əmin olduğunu bildirib ki, məhvlə hədələyən bir rejim məhv edilməyə layiqdir.


Müəllif: Pərvin Cəfərova