30 İyun 08:36
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa çempionatında 1/8 final mərhələsinin daha iki matçı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, ilk oyun saat 20:00- da İngiltərə və Slovakiya komandaları arasında olacaq.

Saat 23: 00-da Kölndə keçiriləcək digər matçda İspaniya və Gürcüstan milliləri üz-üzə gələcək.

AVRO-2024

1/8 final

30 iyun

20:00. İngiltərə - Slovakiya

Baş hakim: Halil Umut Meler (Türkiyə).

Helzenkirhen, "Feltins Arena".

23:00. İspaniya - Gürcüstan

Baş hakim: Fransua Leteksye (Fransa).

Köln, “Reyn Enerqi” stadionu.


Müəllif: Teleqraf.com