30 İyun 09:07
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalif Leyboristlər Partiyası Böyük Britaniyada keçiriləcək ümumi seçkilərdə qalib gələrsə, İsrail və Səudiyyə Ərəbistanına silah satışını dayandıracaq.

Teleqraf.com xəbər verir ki, bunu Britaniyanın keçmiş kölgə xarici işlər naziri və parlamentə yenidən seçilməyə namizəd Fabian Hamilton deyib.

“Silah satışı məsələsinə gəlincə, əgər gələn həftə seçkilərdə qalib gəlsək, İsrailə silah satışını dərhal dayandıracağıq”, - deyə siyasətçi bildirib.

Hamilton əlavə edib ki, Leyboristlər Britaniyanın ən böyük müştərisi olan Səudiyyə Ərəbistanına silah satışını da dayandıracaq.


Müəllif: Pərvin Cəfərova