29 İyun 21:59
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşü birincilərin xeyrinə başa çatıb.

Teleqraf.com xəbər verir ki, görüşdə qolları 37-ci dəqiqədə Remo Froyler, 46-cı dəqiqədə Ruben Varqas vurub.

Beləliklə, 2-0 hesablı qələbə ilə İsveçrə 1/4 finala yüksəlib.

***

21:07

İsveçrə və İtaliya yığmalarının oyununda ikinci qol vurulub.

Teleqraf.com xəbər verir ki, İsveçrə komandasının oyunçusu Ruben Vargas 46-cı dəqiqədə hesab arasındakı fərqi artırır.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn İsveçrə və İtaliya yığmalarının görüşündə birincilər hesab açıb.

Teleqraf.com xəbər verir ki, 37-ci dəqiqədə Remo Froyler İsveçrəni önə keçirib.


Müəllif: Teleqraf.com