27 İyun 18:47
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Putinin Ukraynaya təklif etdiyi sülh şərtləri qəbul edilməlidir, əks təqdirdə hərbi əməliyyatların gedişində Ukrayna üçün daha pis şərtlər ortaya çıxacaq".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Peterburqda keçirilən Beynəlxalq Hüquq Forumunda bildirib.

“Ukraynanın neytrallığını bəyan etməli, qeyri-dost hərbi bloklara qoşulmamalıdır. Bizim sülh təkliflərimiz müddətli xarakter daşıyır, sonrakı danışıqlar Kiyev üçün ən pis şərtlərlə aparılacaq”, - deyə Medvedev bildirib.

Keçmiş prezident əlavə edib ki, Rusiyaya qarşı bütün sanksiyalar ləğv edilmədən Ukrayna böhranının həlli mümkün deyil: "Sanksiyalar qaldıqca böhran da davam edəcək. İqtisadiyyatımıza, Rusiya vətəndaşlarına, şirkətlərinə dəymiş bütün ziyanı hesablamalı və ödənməlidir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər