İspaniya parlamenti 2008-ci ildə müstəqilliyini elan edən Kosovo Respublikasının tanınması təklifini qəbul etməyib.
Teleqraf.com xəbər verir ki, Kataloniya Uğrunda Birlik (Junts) partiyasının Kosovo Respublikasının rəsmi tanınması təklifi 345 yerlik İspaniya parlamentində 293 "əleyhinə", 25 “lehinə” və 27 bitərəf səs olmaqla rədd edilib.
İspanyanın koalisiya höküməti ölkə daxilində müstəqillik tərəfdarlarının mövcudluğunu nəzərə alaraq Kosovonu dövlət kimi tanımaqdan imtina edib.