İspaniyada Ali Məhkəmə Kataloniyanın separatçı liderlərinin amnistiya qanunundan faydalanmasına mane olub.
Teleqraf.com xəbər verir ki, məhkəmə qərarına görə, amnistiya qanunu "dövlət pulundan sui-istifadə" cinayətini əhatə etmir.
Bu qərarla 2017-ci ilin oktyabrında Belçikaya qaçan Kataloniya Muxtar Hökumətinin keçmiş prezidenti Karles Puçdemonun axtarışı davam etdirilib.
Ali Məhkəmə həmçinin Kataloniya Muxtar Hökumətinin keçmiş üzvləri Toni Komin və Luis Puyiq barəsində axtarışın qüvvədə qalmasına qərar verib.
Məhkəmə “dövlətə itaətsizlik” cinayətinin amnistiyaya daxil edilib-edilməməsi ilə bağlı Avropa Ədalət Məhkəməsinə müraciət edəcəyini açıqlayıb.