Ukraynadakı münaqişəsi 2022-ci ildə İstanbulda əldə olunan razılaşma ilə həll olunmağa çox yaxın idi, amma qərbli sponsorları Kiyevi mübarizəni davam etdirməyə çağırdılar.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya deyib.
Rusiyalı diplomat Ukrayna Prezidenti Vladimir Zelenskinin sülh planını “zarafat” adlandırıb.
“Prezident Putinin də dediyi kimi, Ukrayna böhranı 2022-ci ildə İstanbulda həllinə çox yaxın idi. Sonra nə oldu? Qərb sponsorları Ukraynaya Rusiya ilə mübarizəni davam etdirməyi söylədilər”, - Nebenziya vurğulayıb.
Rusiya rəsmisi baş verənlərə görə Böyük Britaniyanın o zamankı baş naziri Boris Consonu ittiham edib.
“Müqavilə 95 faiz hazır idi. Amma sonra ukraynalılar danışıqlardan çıxdılar”, - Nebenziya qeyd edib.