Rusiya və İran Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsədin görüşməsini istəmir.
Teleqraf.com xəbər verir ki, bu barədə türkiyəli jurnalist Murat Yancı məlumat verib.
Jurnalist üzbəüz görüş məsələsinin hələlik tam həll edilmədiyini bildirib:
“Prezident Ərdoğan Əsədlə görüşə biləcəyini bəyan etmişdi, amma açıqlamalar məsələni tam aydınlaşmır, qarşı tərəf (Əsəd) də eyni nöqtədə olmalıdır. Mənim təəssüratım odur ki, hazırda görüşlə bağlı konkret tarix yoxdur. Bu mənim şərhimdir.
Deyəsən, Rusiya və İran Prezident Ərdoğanın Əsədlə üz-üzə oturub problemləri həll etməsində çox da həvəsli görünmürlər. Son nəticədə “böyük qardaş” rolunu davam etdirmək istəyirlər. Əsədlə təkbətək danışıqlar başlayanda Rusiya bir az kənara çəkiləcək, amma bu durum davam etdikcə, Rusiya Türkiyənin qarşısında bir oyunçu kimi qalır, Moskva bunu itirmək istəmir.
Hər kəsin fərqli maraqları var. Bəzi maraqlarımız Rusiya və İranla uyğun gəlir, amma bəzi yerlərdə uyğun gəlmir. Ölkələrlə öz maraqlarımıza uyğun əməkdaşlıq edirik, amma bu, gözləməli olan bir prosesdir. Putin Türkiyəyə gələcəyini bildirib. Türkiyə və Rusiyanın qarşıdakı dövrdə yaxınlaşma iradəsini nümayiş etdirdiyini görürük. Ərdoğan Putini dəvət edir və Putin gələcəyini söyləyir. Hələlik üzbəüz görüş olmasa da, telefon diplomatiyası davam edir”.