5 İyul 08:13
2 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin yaxın gələcəkdə Ukraynaya söz verdiyi F-16 qırıcıları Rusiya aviasiyası tərəfindən çox tez məhv ediləcək.

Teleqraf.com xəbər verir ki, bunu Britaniyanın “The Daily Telegraph” qəzetinin yazısında amerikalı jurnalist və hərbi ekspert Devid Eks bildirib.

O, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın “İsgəndər-M” operativ-taktiki ekipajlarının endirdiyi zərbələr nəticəsində beş Su-27 və iki MiQ-29-u itirdiyini xatırladaraq “Qərb qırıcıları da öz bazalarında eyni dərəcədə həssas olacaqlar” deyə xəbərdarlıq edib. Ekspertin sözlərinə görə, Kiyevdə mövcud olan hava hücumundan müdafiə sistemləri onlara böyük şəhərləri, cəbhə bölgəsindəki qoşunları və hərbi aerodromları eyni vaxtda mühafizə etməyə imkan vermir. Qeyd olunub ki, yaxın gələcəkdə Ukraynaya ötürülən “Patriot” zenit-raket kompleksləri sayəsində vəziyyət dəyişə bilər, lakin onlar kifayət etməyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər