11 İyul 08:35
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada növbədənkənar seçkilərdən sonra aparılan sorğunun nəticələrinə görə, fransızların 74 faizi ölkənin idarə olunmadığını bildiriblər.

Teleqraf.com xəbər verir ki, "Elabe" şirkəti Fransanın "BFMTV" kanalı və “La Tribune” qəzeti üçün sorğu keçirib.

Sorğuya əsasən, hər 10 fransızdan 7-si seçkinin nəticələrindən və Parlamentin siyasi bölgüsündən narazıdır.

Solçu alyansın - Yeni Xalq Cəbhəsinin seçiciləri seçkinin nəticələrindən çox razı, radikal sağçı Milli Mitinq (MN) partiyasının tərəfdarları isə çox narazı qalıblar.

Sol ittifaqa səs verən 10 seçicidən 6-sı seçkinin nəticələrindən razı olduğu halda, MN seçicilərinin 94 faizi bu nəticələrdən narazı qalıb.

İyunun 9-da Milli Assambleya buraxıldıqdan sonra fransızların əksəriyyəti bu qərarı müsbət qarşılasa da, seçkidən sonra fikirləri dəyişdi. Seçkidən sonra ictimaiyyətin 65 faizi prezident Emmanuel Makronun Parlamenti buraxmaqla səhv qərar verdiyini düşünür. 34 faizi isə Makronun qərarını düzgün hesab edir.


Müəllif: Arzu

Oxşar xəbərlər