12 İyul 22:57
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hakimiyyəti Rusiyaya qarşı növbəti təxribat üçün Kiyev su elektrik stansiyasının bəndlərini və Kaniv su anbarını dağıtmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Zelenski rejimi öz əhalisinə qarşı növbəti həyasız təxribatı törədir”, - Rusiya rəsmisi bildirib.

Zaxarova iddia edib ki, ötən il Kaxov su anbarını da Ukrayna Silahlı Qüvvələri dağıdıb.

Diplomatın fikrincə, mümkün təxribatda məqsəd yenidən Rusiyanı ittiham qarşısında qoymaq və Qərbdən yeni yardımlar almaqdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər