13 İyul 09:50
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç Qurani-Kərimi yandıran İraq əsilli Salvan Momikaya bir illik yaşayış icazəsi verib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsveç İmmiqrasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, Momikaya İraqda işgəncə və qeyri-insani rəftar edildiyinə görə, ona 1 illik müvəqqəti yaşayış icazəsi verilib.

Momika daha öncə İsveçdən deport ediləcəyinə görə, Norveçdən sığınacaq tələb edib. Ancaq martın 28-də Norveçə gedən və sığınacaq istəyən Momika həbs edilib. Aprelin 4-də Norveç polisi tərəfindən İsveçə təhvil verilən Momika İraqda işgəncələrə məruz qalacağını bildirərək yenidən İsveç İmmiqrasiya İdarəsinə sığınacaq üçün müraciət edib.


Müəllif: Arzu

Oxşar xəbərlər