14 İyul 23:37
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Marmaris sahillərində turistlərin əyləncəsi üçün nəzərdə tutulan gəmidə baş verən yanğında ən azı iki nəfər yanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Marmaris administrasiyasının rəhbəri Nurullah Kaya məlumat verib.

Qeyd olunub ki, hadisə baş verən zaman gəminin göyərtəsində ümumilikdə 37 nəfər olub. Keçi adasına bir günlük tura çıxan gəmidə naməlum səbəblərdən yanğın baş verib.

Yanğın sürətlə bütün gəmiyə yayılıb, 34 sərnişin və 3 ekipaj üzvü dənizə atılıb. Onlar yaxınlıqdakı şəxsi yaxtalar və sahil mühafizə gəmiləri tərəfindən xilas edilib.

Yanğın söndürüldükdən sonra gəmi batıb, prokurorluq araşdırma aparır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər