"COVID-19" pandemiyası və ABŞ-ın immiqrasiya siyasəti nəticəsində 2018-ci ildən bəri Meksikaya 1 milyon 740 mindən çox qaçqın sığınıb.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Meksika Milli Miqrasiya İnstitutu (INM) hesabat yayıb.
Hesabata əsasən, Meksikaya müraciətlərin artmasına səbəb "COVID-19" pandemiyası və ABŞ-ın immiqrasiya siyasətidir. ABŞ-ın o zamankı prezidenti Donald Trampın "COVID-19" epidemiyası zamanı immiqrantlara qarşı həyata keçirdiyi tədbirlər çərçivəsində yüz minlərlə mühacir Meksika ərazisinə göndərilib.