Türkiyənin Samsun şəhərinin sakini Məhəmməd Yavuz 14 il çalışdığı şirkətdə psixoloji şiddətə məruz qaldığını yazaraq intihar edib.
Teleqraf.com xəbər verir ki, “LC Waikiki” şirkətində işləyən Yavuz məktubunda xanımının hamilə olduğuna da işarə vurub: "İndi sizdən ayrılıram. Arxada gözyaşı tökən bir həyat yoldaşı, atasız böyüyəcək bir uşaq, ana bətnində dünyaya gəlişini gözləyən körpə qoyub gedirəm".
Məhəmməd Yavuz intihardan əvvəl şirkətin e-mail ünvanına ölümünə onların səbəbkar olduğu mesajını yollayıb.
İntihar hadisəsindən sonra açıqlama verən "LC Waikiki" əməkdaşının bu günə qədər şiddətə məruz qalması ilə bağlı rəhbərliyə hər hansı şikayət daxil olmadığını bildirib:
"Məhkəmə istintaqı davam edərkən biz də daxili araşdırma prosesini şəffaf və qətiyyətli addımlarla aparacaq və məsələni izləyəcəyik. İşçimizin ailəsi ilə sıx ünsiyyətdə olduğumuzu, onların maddi və mənəvi ehtiyacları üçün çalışacağımızı bildiririk”.