22 İyul 20:41
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada britaniyalı döyüşçülərdən ibarət qrupun 18 üzvü Rusiya artilleriyasının hava zərbəsi nəticəsində həlak olublar.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, İspaniya ordusunun istefada olan polkovniki Pedro Banyo jurnalistlərə açıqlama verib.

O, bu barədə məlumat aldığını ancaq təsdiqləyə bilmədiyini deyib:

"Mən indicə təsdiq edə bilmədiyim məlumat aldım. Məlumatı mənə 30 ildir tanıdığım mənbələr dedi. Məlumata görə, ruslar Odessaya hücum həyata keçirib və nəticədə Britaniya Xüsusi Hava Xidmətinin 18 əməkdaşı həlak olub".

Banyos qeyd edib ki, daha 25 britaniyalı komando yaralanıb.


Müəllif: Arzu

Oxşar xəbərlər