Trampa sui-qəsd cəhdindən sonra ona mitinqləri qapalı yerlərdə keçirmək tövsiyə edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə tövsiyyəni ona ABŞ Məxfi Xidməti edib.
İyulun 13-də Pensilvaniya ştatının Batler şəhərində keçirilən mitinqdə sui-qəsd cəhdindən sonra Məxfi Xidmət əməkdaşları Trampa və onun kampaniyasına “təhlükəsizlik baxımından çoxlu sayda ziyarətçinin olduğu böyük mitinqlər və digər açıq hava tədbirləri təşkil etməyi dayandırmağı” tövsiyə ediblər.
Təşviqat qərargahı bir neçə min tamaşaçı qəbul edə biləcək “basketbol stadionları kimi qapalı məkanlar axtarır”. Tramp kampaniyası açıq havada mitinqlər keçirməyi planlaşdırmır.