24 İyul 16:36
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentinin bugünkü iclasında gərgin anlar yaşanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Məlumata görə, Bukan vilayətinin deputatı Məhəmməd Qəsim Osmani internetin filtrasiyasının ləğvinə dair planının bütün mərhələləri keçdiyini, lakin parlamentin spikeri Məhəmməd Baqir Qalibafın plana veto qoyduğunu bildirib və buna etiraz edib.

Məhəmməd Baqir Qalibaf parlamentin iclasında iştirak etmədiyindən, onun tərəfdarları Məhəmməd Qəsim Osmaniyə etirazlarını bildiriblər. Nəticədə İran parlamentində bir neçə dəqiqə davam edən gərgin anlar yaşanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər